USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran “Delta” ştammına görə qaydaları sərtləşdirdi

05.07.2021 Dünya
0 0
İranda koronavirusun “Delta” ştammının yayılması təhlükəsi ilə əlaqədar qırmızı zona hesab olunan şəhərlərdə məhdudiyyətlər tətbiq olunub.

Məhdudiyyətlər tətbiqinə İranın Koronavirusla Mübarizə Milli Komitəsinin qərar verib. Koronavirus pandemiyası ilə əlaqədar məşğulluq sahələri 4 qrupa bölünüb. 1-ci qrup istisna olmaqla bütün qruplarda işlər qadağan edilib.

1-ci qrupa sənaye, mədən, kənd təsərrüfatı, kommunal xidmətlər, sərnişindaşıma, ərzaq məhsulları satış obyektləri və digər strateji əhəmiyyətli hesab olunan sahələr daxildir.

Bu gündən Tehran şəhəri də koronavirusun yayılması baxımından qırmızı zona hesab olunduğu üçün bir sıra istirahət mərkəzləri bağlanıb.

Koronavirusa yoluxma üzrə İranda 92 rayon qırmızı və 183 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 173 rayon sarı zona hesab olunur.

Qeyd edək ki, ötən günədək İranda 3,25 milyon nəfər koronavirusa yoluxub, bu virus nəticəsində 84,7 min nəfər ölüb.