USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəkər tozunun qiyməti yüksəlməkdə davam edir

05.08.2021 İqtisadiyyat
0 0
Dünya bazarlarında şəkər bahalaşmaqda davam edir.

Birləşmiş Millətlər Təşkilatına (BMT) daxil olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına istinadən xəbər verir ki, FAO Şəkər Qiyməti İndeksi 2021-ci ilin İyul ayında İyun ayı ilə müqayisədə 1,8% artıb və 109,6 bəndə çatıb.

Şəkər qiyməti indeksi 2016-cı ildən bu yana ən yüksək səviyyəni görüb.

Ötən ilin İyul ayı ilə müqayisədə Şəkər qiyməti indeksi 44,2% artıb. Ötən ilin iyulunda İndeks 76 bənddə idi.

Dünyanın ən böyük şəkər ixracatçısı Braziliyada mənfi hava şəraitinin məhsuldarlığa təsirinə dair qeyri-müəyyənliklər qiymətlərin qalxmasına səbəb olur.