USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin Artıb

19.08.2021 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstandan Azərbaycana 138 049,61 min ABŞ dolları dəyərində 20 658 ədəd minik avtomobili ixrac edilib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 5 801,38 min dollar və ya 4.38%, sayı isə 8 473 ədəd və ya 69.53% artıb. Belə ki, 2020-ci ilin ilk yeddi ayında Gürcüstandan Azərbaycana 132 248,23 min dollar dəyərində 12 185 ədəd minik avtomobili ixrac edilib. (Apa)