USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

25.08.2021 İqtisadiyyat
0 0
Bu il avqust ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,7 bənd təşkil edib.

Bu, aylıq müqayisədə 0,7 bənd, ilin əvvəlinə nisbətən 2,1 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,5 bənd çoxdur.

İyulun sonuna milli valyutanın real effektiv məzənnəsi isə 102,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,3 bənd, ilin əvvəlinə nisbətən 2,4 bənd, illik müqayisədə isə 0,6 bənd çoxdur.