USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Alüminium bahalaşaraq 10 ilin rekordunu yeniləyib

08.09.2021 İqtisadiyyat
0 0
Qvineyadakı çevrilişdən sonra alüminium qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə qalxır və yüksəliş davam edərsə, maliyyə böhranından bəri ən yüksək səviyyəyə çatacağı gözlənilir. Qvineyada dövlət çevrilişinin səbəb olduğu təklifin qeyri-müəyyənliyi və qlobal tələbatın artması fonunda Londonda alüminium qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə qalxdı.

“Kommersant.az” xəbər verir ki, həftə sonu Qərbi Afrika ölkəsi Qvineyadan gələn zərbə alüminium qiymətlərinin yenidən 2011 -ci ildən bəri ən yüksək səviyyəyə qalxmasına səbəb oldu. Dünyanın ikinci ən böyük boksit istehsalçısı olan Qvineyadakı qarışıqlıq alüminium qiymətlərinə də təsir etdi, çünki boksit alüminium istehsalının 90 faizini təşkil edən xammaldır.

Qvineyadakı dövlət şirkətləri mədən fəaliyyətini davam etdirməyə təşviq etsə də, hələlik qiymət artımını məhdudlaşdırır. Qvineya 7,4 milyard ton boksit ehtiyatına malik olsa da, Çin boksit idxalının 55 %-ni Qvineyadan edir.

Şanxayda alüminium fyuçersləri 2006 -cı ildən bəri ən yüksək səviyyədədir, London Metal Birjasında alüminium qiymətləri 1,5 faiz artaraq bir ton üçün 2798 dollara yüksəlib.