USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər gələn il - 20-40% ARTIRILACAQ

20.10.2021 İqtisadiyyat
0 0
“Hazırda 2022-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələr gedir. Vacibdir ki, gələn il sosial artımlarla bağlı büdcədə müvafiq vəsaitlər ayrılsın və əhali qısa müddətdə bu artımlardan faydalana bilsin”.

”Kommersant.az” xəbər verir ki, bunu əmək və əhalinin nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini deyib ki, Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 16 oktyabr 2021-ci il tarixli sərəncamına uyğun olaraq, əsasən minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur: “Artımlar 1,8 milyon nəfəri əhatə edəcək. Bu, çox vacibdir. Çünki 2019-2020-ci ildə sosial islahatlar aparılıb, iki mərhələdə artımlar olub. Pandemiya olduğu üçün 2020-ci ildə anti-pandemiya tədbirləri həyata keçirilib. Prezidentin tapşırığı ilə növbəti ildə geniş miqyaslı artımlar planlaşdırılır”.