USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda e-ticarət kəskin böyüdü, REKORD yenilədi - 4 mlrd manat!

22.10.2021 İqtisadiyyat
0 0
Azərbaycanda elektron ticarətlə əməliyyatlar aybaay artımla tarixi rekord yeniləyir.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin sentyabr ayı ərzində e-ticarətlə aparılan əməliyyatların həcmi 710 milyon manata çatıb. Bu da Azərbaycan tarixində tarixi maksimum deməkdir.

AMB bildirib ki, bu qədər məbləğə çatmaq üçün isə 9 milyon 708 min ədəd əməliyyat olmuşdur.

Beləliklə, 2021-ci ilin yanvar-sentyabrı ərzində 69 milyon 8 min əməliyyat keçirilmiş və 3 milyard 988 milyon manatlıq e-ticarət ödənişləri həyata keçirilmişdir. 2020-ci ilin eyni dövründə 2 milyard 650 milyon manat olduğunu nəzərə alsaq, 50.5% artım deməkdir.