USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk lirəsi 15 qəpiyə düşdü - MƏZƏNNƏ

18.11.2021 İqtisadiyyat
0 0
Noyabrın 18-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 4% azalaraq 0,1565 manata enib ki, bu da yeni tarixi minimum sayılır.

“Kommersant.az” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalara görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 13,9% azalıb.

Ötən gecə lirənin ABŞ dollarına qarşı məzənnəsi 5,7% azalaraq yeni antirekord səviyyəyə enib. Nəticədə, 1 dollar 10,98 lirəyə bərabər olub. Bu gün Bakı vaxtı ilə saat 08:08-də isə lirə dollara qarşı bir qədər möhkəmlənib və 10,85 lirə təşkil edib. Hazırda lirənin rekord aşağı səviyyələrə düşməsinə və oktyabrda ölkədə illik inflyasiyanın 19,9% olmasına baxmayaraq, Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərəcəsini bu həftə daha 1 faiz bəndi azaldaraq 15%-dək endirməsi gözlənilir.

Xatırladaq ki, TMB sentyabrdan bəri uçot dərəcəsini 3 faiz bəndi azaldaraq 16%-ə qədər endirib. TMB-nin məlumatına görə, hazırda 1 dollar 10,4180 lirəyə bərabərdir.