USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan kapitalın geri axını - ARTIB

09.12.2021 İqtisadiyyat
0 0
2020-ci ilin 9 ayında Azərbaycandan kapitalın repatriasiyası (geri dönüşü) 4 milyard 268.2 milyon dollar təşkil edib.

"Kommersant.az" xəbər verir ki, 2021-ci ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansına istinadən xəbər verir ki, Azərbaycandan kapitalın geri dönüşü ötən ilin eyni dövrü ilə müqayisədə 865,1 milyon dollar və ya 25,4% çox olub.

2020-ci ilin 9 ayında Azərbaycandan kapitalın repatriasiyası 3 milyard 403.1 milyon dollar təşkil etmişdi.

Tədiyyə balansında qeyd edilib ki, 2021-ci ilin 9 ayı üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 milyard 182.9 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (3 milyard 85.3 milyon dollar) kapitalın repatriasiyası (4 milyard 268.2 milyon dollar) arasındakı fərqdən formalaşır.

Xatırladaq ki, 2020-ci ilin 9 ayında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-509.7 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (2 milyard 893.4 milyon dollar) kapitalın repatriasiyası (3 milyard 403.1 milyon dollar) arasındakı fərqdən formalaşmışdı. (Marja)