USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk Lirəsi bir daha sürətlə ucuzlaşdı - YENİ REKORD

16.12.2021 İqtisadiyyat
0 0
Dollar 15 Türk Lirəsini də aşaraq rekord qırıb. Cümə axşamı Türkiyənin milli valyutası dollar qarşısında daha da ucuzlaşıb, 1 Amerika valyutası 15,28 lirə olub. 2021-ci ilin əvvəlindən Türkiyə valyutası iki dəfə dəyərdən düşüb. Yanvar ayında dollara təxminən 7,3 lirə verilirdi.

Dollar/TL məzənnəsi Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı əvvəlində rekord yeniləyib.

Günə 14,79 səviyyəsində başlayan dolların məzənnəsi səhər saatlarında 3% artımla 15,2853-ü görüb.

Funt-sterlinq/TL məzənnəsi 20 səviyyəsini, Avro/TL məzənəsi isə 17,22 səviyyəsini aşıb.

Dollar/TL bazar ertəsi günü rekord yenilədikdən sonra Türkiyə Cümhuriyyəti Mərkəz Bankının müdaxiləsilə (valyuta satışı etmişdi) 14 səviyyəsindən aşağı düşmüşdü. Dolların məzənnəsi Çərşənbə axşamı günü günortadan sonra yenidən yüksəlməyə başlayıb.