USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ iri Rusiya banklarına sanksiya qoydu

24.02.2022 İqtisadiyyat
0 0
ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edir.

"Kommersant.az" xəbər verir ki, Bunu Birləşmiş Ştatların prezidenti Co Bayden bəyan edib.

Dövlət başçısının sözlərinə görə, sanksiyalar bir sıra iri şirkətlər üçün ixrac məhdudiyyətləri nəzərdə tutur.

Həmçinin o, qeyd edib ki, ABŞ VTB və bir sıra digər iri Rusiya banklarına qarşı sanksiyalar tətbiq edir, onların ölkədəki aktivlərini dondurur.

ABŞ Maliyyə Nazirliyi isə bildirilib ki, ABŞ Rusiyada 11 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Siyahıya “Sberbank” və “Qazprombank” da daxildir.

Həmçinin Nazirlik bildirilib ki, sanksiyalar Rusiyadakı bank aktivlərinin demək olar ki, 80%-ni hədəfə alıb.