USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti 7 dollara yaxın ucuzlaşdı

29.03.2022 İqtisadiyyat
0 0
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,59 ABŞ dolları və ya 5,3% azalaraq 117,28 dollar təşkil edib.

Dünən "Brent” markalı neftin bir bareli 108,08 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.