USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Astarada su kəsiləcək

08.09.2022 İqtisadiyyat
0 0
Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Səhmdar cəmiyyət narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.