USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə tezliklə Rusiya qazına görə ödənişləri rublla edəcək

19.09.2022 İqtisadiyyat
0 0
“Moskva və Ankara arasında Rusiyadan alınan qazın 25%-nə görə ödənişlərin rublla edilməsinə dair saziş yaxın zamanlarda qüvvəyə minəcək”.

Bu barədə məlumatı Türkiyənin energetika və təbii resurslar naziri Fatih Dönməz açıqlayıb.

Onun sözlərinə görə, Türkiyənin Rusiyadan qazı rublla alması faktı xərcləri azaldacaq və ölkə iqtisadiyyatının dollardan asılılığını azaldacaq.

Xatırladaq ki, Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-sı Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüş keçirib. Görüş zamanı Rusiya lideri sözügedən məsələ barədə Türkiyə ilə razılığın əldə olunduğunu açıqlayıb.