USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bələdiyyə vergisinin yığılmasına dair qanunvericiliyə dəyişiklik edilə bilər

20.09.2022 İqtisadiyyat
0 0
“Azərbaycanda Bələdiyyə Məcəlləsinin hazırlanması ilə bağlı təkliflər var”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bu təkliflər müzakirə ediləcək: “Bələdiyyə vergisinin verilməsinə dair məcburiyyət yoxdur. Ona görə də bələdiyyələr vergi yığa bilmirlər. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir. Bələdiyyələrlə bağlı köklü dəyişikliklərə ehtiyac var”.