USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta brokerləri ASA-ya üzv olmaq üçün müraciət edib

21.09.2022 İqtisadiyyat
0 0
Azərbaycanda fəaliyyət göstərən “Status Sığorta Brokeri” MMC Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzv olub.

ASA-dan verilən məlumata görə, adı çəkilən sığorta brokeri şirkəti ASA-ya üzvlüklə bağlı rəsmi müraciət ünvanlayıb. Müvafiq təşəbbüs ASA rəhbərliyi tərəfindən müsbət qəbul edilib və broker şirkət Assosiasiyaya üzv olub.

Broker şirkət ASA-ya üzv olmaqla Assosiasiyanın komitə iclaslarında və həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edə biləcək, bununla yanaşı fəaliyyətinin stimullaşdırılmasında ASA-nın imkanlarından istifadə etmə imkanı əldə edib.

Məlumatda qeyd olunur ki, daha 2 sığorta brokeri şirkəti ASA-ya üzvlüklə bağlı rəsmi müraciət ünvanlayıb. Hazırda onların müraciətlərinin dəyərləndirilməsi istiqamətində iş aparılır. Yaxın vaxtlarda o şirkətlərin də ASA-ya üzv olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası fəaliyyətə başladığı ilk illərdə sığorta şirkətləri ilə yanaşı, brokerlərin də ASA-ya üzvlüyü ilə bağlı təcrübə olub.