USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nağdsız ödənişlərin artımı sürətlənir, rekord vurur

27.09.2022 İqtisadiyyat
0 0
Azərbaycanda nağdsız ödənişlər yeni rekord yeniləyir.

"Kommersant.az" xəbər verir ki, 2022-ci ilin ilk səkkiz ayında ölkə ərazisində elektron ticarətdə nağdsız ödənişlərin həcmi 10 milyard 620.7 milyon manat təşkil edib. Bu da 2021-ci ilin analoji dövründən 3 dəfəyə yaxın çoxdur, hətta həmin il tam olaraq heç 8 milyardlıq əməliyyat aparılmamışdı.

E-ticarət ilə ödənişlərin həcmi təkcə avqust ayında 1 milyard 708 milyon manat olmaqla öncəki ayı 9%-dən çox üstələmiş olub.

e-ticarətin həcmi, mln. manat
Ay 2021-ci il 2022-ci il
01 360 920
02 370 1,016
03 450 1,242
04 421 1,270
05 440 1,373
06 496 1,526
07 539 1,566
08 565 1,708

Azərbaycanda son iki ildə nağdsız ödənişlər artımı daha sürətlənib. Buna səbəb hökumətin tətbiq etdiyi bəzi stimullaşdırıcı tədbirlər (ƏDV geri al və s.) və bankların sərfəli (cash-back imkanı) plastik kartlar emissiyasıdır.

“ƏDV geri al” ilə əlavə dəyər vergisinin nağd ödənişlə 10%-ni, nağdsız ödənişlə isə 15%-ni “cash-back” kimi müştəriyə qaytarır. Hökumətin digər tətbiq etdiyi qayda isə nağdsız ödənişdən imtinaya görə tətbiq edilən cərimədir. 1 yanvar 2020-ci il tarixindən başlayaraq təsərrüfat subyektlərində POS-terminalların quraşdırılmaması və ya nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə maliyyə sanksiyalarının tətbiqinə start verilməsi mövcud sahə üzrə administrativ nəzarətin güclənməsinə səbəb olur.

Ölkə banklarının debet kartları – hansı ki, bəzi hallarda pulsuz belə təklif edilir – plastik kartla ödədiyi halda onlara 1-5% üzərində “cash-back” imkanı təklif edir. Mərkəzi Bankın son açıqlamalarında da ölkədə nağdsız ödənişlərin həcminin daha da artırlması öndə məqsəd qoyulur.

2020-ci ilin ilk səkkiz ayında ölkədə nağdsız qaydada ödənilmiş e-ticarətin həcmi 2.43 mlrd., 2021-ci ilin eyni dövründə 3.64 mlrd. və 2022-ci ildə isə 10.62 mlrd. olub.

Hesabat dövründə POS-terminallarla ödənişlərin həcmi 3 milyard 485 milyon manat olub, bu da 2021-ci ilin müvafiq dövründən 43 yüksək rəqəmdir.