USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə və Rusiya “Mir”ə alternativ kimi TROY-dan istifadəni müzakirə edirlər

05.10.2022 İqtisadiyyat
0 0
Moskva və Ankara Türkiyədə Rusiyanın “Mir” sisteminə alternativ olaraq Türkiyənin TROY ödəniş sistemindən istifadə etmək imkanlarını nəzərdən keçirirlər.

Tərəflər mövzunu Mərkəzi Bankın nümayəndələri səviyyəsində müzakirə edirlər.

Türkiyə və Rusiya Mərkəzi Banklarının dünən (çərşənbə axşamı) Kazanda keçirilən 15-ci iclasında bu istiqamətdə müəyyən irəliləyişlər əldə edilib.

Bundan əvvəl məlum olub ki, ABŞ Maliyyə Nazirliyinin Rusiyanın xaricdə ödəniş sistemindən istifadəni genişləndirmək cəhdlərini dəstəklədiyinə görə sanksiyalar tətbiq etmək niyyəti ilə bağlı bəyanatı fonunda Türkiyənin bütün bankları “Mir” kartlarının xidmətini dayandırıb.

“Mir” kartları Türkiyədə beş bank tərəfindən - özəl “İş Bankası”, “Denizbank” və dövlətə məxsus “Ziraat Bankası”, “VakıfBank” və “Halkbank” - qəbul edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində aidiyyəti nazirliklərə ölkədə “Mir” sistemindən istifadəyə alternativlərin işlənib-hazırlanmasını tapşırıb. Sentyabrın 26-da keçirilən hökumətin iclasında bu məsələ müzakirə edilib, Türkiyə rəsmiləri qəbul edilən qərarlar barədə hələ məlumat verməyiblər.