USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Türkiyə ilə energetika sahəsində əlaqəlari artırmaq niyyətindədir

10.10.2022 İqtisadiyyat
0 0
ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Ceffri Pyatt 10-14 oktyabr tarixlərində Türkiyə, Rumıniya və Bolqarıstana səfər edəcək.

Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

O, enerji məsələlərini, həmçinin Avropanın Rusiya enerjisindən asılılığının azaldılmasını müzakirə edəcək.

Qeyd edilir ki, Pyatt bu ölkələrə energetika sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək üçün səfərə gedəcək.