USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan əsilli iş adamı Rusiyada məhkəməyə verilib

11.10.2022 İqtisadiyyat
0 0
Moskva meriyası “Lukoyl” şirkətinin keçmiş prezidenti, Azərbaycan əsilli iş adamı, milyarder Vahid Ələkbərovu məhkəməyə verib.

Buna səbəb iş adamının paytaxtın mərkəzində yerləşən evinin damını genişləndirməsi olub.

Rusiyanın ən zənginləri arasında beşinci yerdə qərarlaşan Vahid Ələkbərov Moskvanın mərkəzində yerləşən çoxmərtəbəli binanın damında tikinti layihəsinə başlayıb.

Moskva Şəhər Əmlakı Departamenti hesab edir ki, binanın damında aparılan tikinti piyadalar üçün təhlükə yarada bilər, ona görə də məhkəmədə tikintinin dayandırılması ilə bağlı iddia qaldırılıb.