USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın Rusiyadan aldığı kartofda zərərli orqanizm tapılıb

21.10.2022 İqtisadiyyat
0 0
Cari ilin 14 sentyabr – 6 oktyabr tarixlərində Rusiyadan idxal olunmuş toxumluq və ərzaqlıq kartof məhsulu partiyaları üzərində aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində 16 halda karantin tətbiq olunan zərərli orqanizm (“Clavibacter michiganensis subsp. Sepedonicus” – kartof yumrularında halqavari bakterial çürümə) aşkar edilib.

Bbildirilir ki, Agentlik tərəfindən istifadəyə yararsız toxumluq və ərzaqlıq kartof məhsulu partiyalarının məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Eyni zamanda müvafiq araşdırma aparılması və nəzarət tədbirlərinin artırılması məqsədilə Rusiyaya məktub göndərilib, fiziki şəxslər Mahmudov Rafael Niyazi oğlu, Qurbanov Tahir Abdusalamoviç, Sovzixanov Nurdin Sovzixanoviç, “OOO AA Treyd İmport” tərəfindən ixrac olunan toxumluq və ərzaqlıq kartof məhsullarının ölkə ərazisinə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.