USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda balığın qiyməti bahalaşıb

22.11.2022 İqtisadiyyat
0 0
Azərbaycanda oktyabr ayında balıq məhsullarının orta aylıq pərakəndə satış qiymətləri artıb.

Oktyabr ayında kütüm, sazan, xəşəmin bir kiloqramının qiyməti 8.87 manatdan 9.11 manata, dondurulmuş stavrida, skumbriya, Xek qiyməti 7.83 manatdan 7.90 manata qalxıb.

Hisə verilmiş balığın (forel) bir kiloqramı isə aylıq müqayisədə 1.1% bahalaşma ilə 16.15 manatdan 16.32 manata qədər bahalaşıb.

Şprot balıq konservlərində bahalaşma oktyabr ayında cəmi 1% artmaqla 1.98 manat təşkil edib.