USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rəqəmsal manat nə zaman hazır olacaq?

24.11.2022 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manatın yaradılması ilə bağlı işləri davam etdirir.

Bunu AMB-nin baş direktoru Fərid Osmanov deyib.

“Hazırda rəqəmsal manatla bağlı təhlil işlərini davam etdiririk. Digər mərkəzi banklar, beyin mərkəziləri kimi prosesləri izləyirik. Beynəlxalq Valyuta Fondunun bununla bağlı texniki yardım layihəsi var” – AMB-nin baş direktoru qeyd edib.

F.Osmanov həmçinin əlavə edib ki, rəqəmsal valyutaların yaradılması uzun prosesdir: “Bizdə belə bir gözlənti var ki, rəqəmsal manatı qısa zamanda yaratmalıyıq. Hətta bəzi ölkələr yeddi il əvvəl bu prosesə başlasalar da işləri yekunlaşdıra bilməyiblər. Ona görə də rəqəmsal manatın nə vaxt hazır olacağını demək çətindir”.