USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səhiyyə Nazirliyində yeni təyinat

06.12.2022 İqtisadiyyat
0 0
Səhiyyə Nazirliyində yeni təyinat olub.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, Fazil Feyzulla oğlu Hüseynbəyov nazirliyin Səhiyyənin təşkili şöbəsinə müdir təyin edilib.

Qeyd edək ki, Vətən müharibəsinin könüllü iştirakçısı olan Fazil Hüseynbəyov ixtisasca anestezioloq-reanimatoloqdır.