USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın “gizli” dollar borcu açıqlanıb

06.12.2022 İqtisadiyyat
0 0
Beynəlxalq Hesablaşmalar Bankının (BIS) tədqiqatçıları qlobal maliyyə sistemindəki “gizli” dollar borcunu 65 trilyon dollar həcmində qiymətləndiriblər.

Burada qeyri-qanuni heç nə yoxdur – məsələn, valyuta svoplarından istifadə edərək Avropa pensiya fondlarının ABŞ-a yatırdığı investisiyaları da buraya aid etmək olar.

Problem ondadır ki, gizli borc gizli risk gətirir, onun qiymətləndirilməməsi ümumilikdə iqtisadi proqnozları nəzərəçarpacaq dərəcədə devalvasiya edir və xüsusilə növbəti böhranın proqnozlaşdırılmasını çətinləşdirir. “Bloomberg” xatırladır ki, 2008 və 2020-ci il böhranları zamanı “qaynar nöqtələr”dən biri valyuta svopları olub və mərkəzi banklar borcalanları likvidliklə dəstəkləməyə başlayıb.

BIS yazır ki, ABŞ-dan kənarda yerləşə bankların borcu təxminən 39 trilyon dollar təşkil edir ki, bu da onların “görünən” öhdəliklərini 2.5 dəfə, kapitalını isə 10 dəfə keçir.