USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada təbii qazın qiyməti 1 530 dolları ötüb

07.12.2022 İqtisadiyyat
0 0
Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

"Kommersant.az"

xəbər verir ki, 6 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 533.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 478.8 dollar) ilə müqayisədə 3.7% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.