USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Aztelekom”un baş direktoru işdən çıxarıldı

07.12.2022 İqtisadiyyat
1 0
“Aztelekom” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən alman əsilli Klaus Müller işdən çıxarılıb.

“Aztelekom” MMC-dən saytımıza bildirilib ki, baş direktor vəzifəsilə bağlı hər hansı bir dəyişiklik olsa, bu barədə açıqlama verilərdi.

Qeyd dək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.

Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib.