USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarladı

08.12.2022 İqtisadiyyat
0 0
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti Gədəbəydə yeni qızıl minerallaşması zonası aşkar edib.

Məlumata görə, “Anglo Asian” Gədəbəydəki Gilar yatağında 60 metr dərinlikdə qızıl və mis minerallaşma zonası müəyyən edib. Şirkət “Gilar”da şaquli qazma nəticəsində bu nəticəyə gəlib. Bildirilib ki, altı minerallaşma zonası üzrə əhəmiyyətli qızıl, mis və sink yataqları aşkarlanıb.

“Ən son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, eləcə də faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı tunellə yeraltı çıxış üçün layihə, eləcə də əlavə kəşfiyyat işləri planlaşdırılır”, - deyə “Anglo Asian”dan bildirilib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.