USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana gətirilən minik avtomobilləri ilə bağlı yenilik gözlənilir

13.12.2022 İqtisadiyyat
0 0
Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydasını elektronlaşdırmağı planlaşdırır.

"Kommersant.az"

xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

“Avtomobillərə “Avro-4” standartının verilməsi artıq elektronlaşdırılıb. Dediyim istiqamətdə də iş aparılır. Avtomobillərin gömrük məntəqələrinə gətirilməsi vacib deyil”, - deyə o qeyd edib.