Trump paylaşım etdi, bazar silkələndi

05.12.2018 İqtisadiyyat
ABŞ prezidenti Donald Trump dünən axşam etdiyi paylaşımla hər kəsi qorxuya salıb.

"Kommersant.az" xəbər verir ki, ABŞ prezidenti Donald Trump Çin ilə real ticarət sazişi bağlanmayacağı halda gömrük rüsumlarını ləğv etməyəcəyini açıqlayıb.

Trumpın bu açıqlaması bazarı silkələyib. Ekspertlər isə yenidən savaş başlaya biləcəyini ehtimal edirlər. Trumpın şəxsi "Twitter" hesabında etdiyi paylaşımı sizlərə təqdim edirik:

"Çinlə müzakirələr yenidən başlanıb. Əgər uzadılmasa, 90 gün içərisində nəticə əldə olunacaq. Müzakirələr aparılacaq. Çin ilə ticarət sazişinin mümkünlüyü qənaətinə gələriksə, sazişi imzalayarıq".