USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sürücülərə xəbərdarlıq edilib - MƏCBURİYYƏT YOXDUR

30.01.2019 İqtisadiyyat
0 0
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı Azərbaycan sürücülük vəsiqələrinin beynəlxalq standartlara uyğunlaşdırılması mövzusuna aydınlıq gətirib.

"Kommersant.az"ın məlumatına görə, ekspert bildirib ki, artıq sürücülük vəsiqələrinin yenilənməsi məsələsi gündəmə gəlib. Hətta fevralın birində, Milli Məclisin yaz sessiyasının ilk iclasında Yol Hərəkəti Haqqında qanında bu məsələ ilə bağlı dəyişiklik nəzərdə tutulur.

Dəyişikliyin əsas məqsədi Azərbaycanda verilmiş sürücülük vəsiqələrinin beynəlxalq standartlara və konvensiyalara tam uyğunlaşdırılmasıdır: "Azərbaycanda latın əlifbasında olan ə, ğ, ı, ü və ö hərflərinə görə, bəzən sürücülük vəsiqələri beynəlxalq standartlara cavab verməyən kimi tanınırdı. Bəzi xarici ölkələrdə bu hərflər ingilis dilinə tərcümə olunmadığı üçün həmin ölkələrdə Azərbaycandan alınan sürücülük vəsiqəsi istifadə edənlər üçün problemlər yaranırdı. Artıq Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı təkliflər hazırlayıb və aidiyyəti üzrə təqdim olunub. Milli Məclisdə isə bu təkliflər qəbul edilib və fevralın 1-də məsələyə baxılması nəzərdə tutulur. Məsələ Milli Məclisdə təsdiq olunandan sonra Azərbaycanda sürücülük vəsiqələri dəyişdirilə bilər. Lakin bu könüllülük əsasında həyata keçirilir.

Belə ki, kimsə xarici ölkəyə gedəcəksə və orada avtomobil idarə edəcəksə, onlar gedib dəyişə bilərlər. Yəni, digər vətəndaşların mütləq şəkildə bunu etməsinə ehtiyac yoxdur. Nə vaxtsa sürücülük vəsiqəsinin istifadə müddəti bitərsə və yeni vəsiqə alan zaman bu məsələlər öz əksini tapacaq. Sadəcə olaraq qanun dəyişəndən sonra toplu halda insanların mütləq sürücülük vəsiqəsini dəyişmək istəyi lazımsızdır. Xaricə heç vaxt getmirsinizsə və orda avtomobil idarə etməyəcəsənizsə buna heç bir ehtiyac yoxdur. Amma əks təqdirdə bunu edə bilərsiniz. 25 manat dövlət rüsumu var. ASAN xidmət mərkəzlərində bunu rahat şəkildə həyata keçirə bilərsiniz. Amma qanun qəbul olunandan sonra. Yəni Milli Məclis qanun layihəsi qəbul etməli, ölkə başçısı təsdiqləməli, daha sonra icra olunmalıdır.

  • Əvvəlki

    İlham Əliyevdən icra başçısı ilə bağlı - SƏRƏNCAM

Digər xəbərlər