“Tesla Model 3” Kaliforniyadakı rəqibləri “BMW-3” və “Mercedes C-Class”ı qabaqlayıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə Kaliforniya Yeni Avtomobil Dilerləri Assosiasiyası məlumat yayıb. Bildirilir ki, "Tesla Model 3"ün qeydiyyatı 3,723, "Mercedes"ə 3,323, "BMW"ə isə 3,260 olub.
Qeyd edək ki, "Tesla" yeni avtomobilləri alıcılara 2017-ci ilin dekabrından satmağa başlayıb.