USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah intensiv yağış yağacaq

22.04.2019 İqtisadiyyat
0 0
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə Abşeron yarımadasında 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

  • Əvvəlki

    Mərkəzi Bankda yeni - TƏYİNAT

Digər xəbərlər

24.06.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
24.06.2025 İqtisadiyyat
Bu gün bu ərazilərdə qaz olmayacaq
0 0
24.06.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
24.06.2025 İqtisadiyyat
Paytaxtın bu ərazisində işıq olmayacaq
0 0
23.06.2025 İqtisadiyyat
İran neft təzyiqini mədənçiliklə aşacaq
0 0