USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 107 minə yaxınlaşıb

29.04.2019 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 106 964 nəfərə çatıb.

Kommersant.az xəbər verir ki, bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, EKTİS-də ən çox Sabirabad, Biləsuvar və Şəki rayonlarında yaşayan fermerlər qeydiyyatdan keçiblər.

Sabirabadda 6 530, Biləsuvarda 5 280, Şəkidə 5 028 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil ediblər. Daha 9 rayonda isə qeydiyyatdan keçən fermerlərin sayı 3 mindən artıqdır.

Ümumilikdə 76 056 fermer torpaq mülkiyyətini təsdiq edən Dövlət Aktı və şəhadətnamə, 19 269 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 1 097 fermer icarə sənədi, 711 fermer etibarnamə, 154 fermer vərəsəlik şəhadətnaməsi əsasında sistemdə qeydiyyatdan keçib. Qalan fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetə ilkin mərhələdə tələb olunan digər sənədləri əlavə ediblər.

Sistemdə ən çox qeydiyyat aprelin 24-də aparılıb. Həmin gün ölkə üzrə 10 425 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatlarını sistemə daxil ediblər. EKTİS-də təxminən 440 mindən çox fermerin qeydiyyatdan keçəcəyi gözlənilir. EKTİS-də şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər. Azərbaycanın müxtəlif bölgələrində bu prosesə cəlb olunan DAİM əməkdaşları və könüllülərə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən təlimlər keçirilir.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlər DAİM-lərə və ASAN Xidmət Mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq EKTİS-in tətbiqi ilə bağlı məsləhət ala bilərlər.

  • Əvvəlki

    Müştərilər Ziraat Bank Azərbaycandan pullarını geri çəkir - HESABAT

Digər xəbərlər

08.05.2024 İqtisadiyyat
Lirə ucuzlaşıb
0 0
07.05.2024 İqtisadiyyat
Apple M4 prosessorunu təqdim etdi
0 0