USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİN-dən yeni - TƏYİNAT

16.05.2019 İqtisadiyyat
0 0
Daxili İşlər naziri Ramil Usubov rəis müavinini təqaüdə göndərib.

"Kommersant.az" Unikal.org-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun əmri ilə, Neftçala rayon Polis Şöbəsi xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Duxtar Sultanov təqaüdə göndərilib. Onun yerinə isə, Neftçala rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis polkovnik leytenantı Cəbrayıl Əhmədov təyin edilib.

Xəbəri Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli xəbəri təsdiqləyib.