USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib

04.05.2026 Bank
0 0
Bank Respublika 34 illik fəaliyyəti münasibətilə sahibkarlar üçün xüsusi endirim elan edib.

Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika 34 illik fəaliyyəti münasibətilə sahibkarlar üçün “34 GÜN - 34% ENDİRİM” adlı mikro kredit kampaniyasına start verib.

Kampaniya çərçivəsində Bankdan mikro və aqro kredit götürən müştərilər 34 gün ərzində faiz dərəcəsində 34%-dək ENDİRİM əldə edə biləcəklər.

Kampaniyanın digər özəllikləri:

  • Məbləğ: 100 000 AZN-dək;
  • Müddət: 48 ayadək;
  • İllik faiz dərəcəsi - min. 10%
  • Güzəşt müddəti: 12 ayadək;
  • Zaminsiz və tranşla kredit imkanı;
  • Təminatdan asılı olaraq komissiyasız kredit;
  • Kredit xətti açılması imkanı;
  • Sərbəst ödəniş qrafiki

Kampaniya 06 iyun 2026-cı il tarixinədək davam edəcək.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.