USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

IMF: Azərbaycan iqtisadiyyatı tədricən bərpa olunur

27.06.2019 İqtisadiyyat
0 0
"Müşahidələrimiz göstərir ki, Azərbaycan iqtisadiyyatı son geriləmədən sonra tədricən bərpa olunur".
"Kommersant.az" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib. Onun sözlərinə görə, əməkhaqqı, pensiya, təqaüd və müavinətlərin artırılması, vergi və borc yükünün azaldılması Azərbaycanda iqtisadi inkişafı stimullaşdıracaq. N.Tamirisa yaxın 2 il üçün bir sıra proqnozlar da səsləndirib: "Yaxın 2 ildə ölkədə qiymət artımının 3,3% təşkil edəcəyini, qeyri-neft sektorunda 2,7% artım olacağını gözləyirik. 2021-ci ildən sonrakı 3-5 il ərzində isə neftdənkənar sektorun artımı, təxminən, 3% olacaq. Ümumilikdə isə bu il iqtisadi artımın 2,7%, gələn il isə 2,1-2,5% olacağını proqnozlaşdırırıq. İcmal büdcənin profisiti ümumi daxili məhsulun 5,3%-nə bərabər olacaq. Neft gəlirlərinin artması cari hesabın profisitin artıraraq onu ÜDM-in 10%-nə bərabər edəcək". IMF rəsmisi onu da deyib ki, ölkədə büdcənin konsolidasiyası siyasəti davam etdirilməlidir: "Zənnimcə, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinin azaldılması ilə bağlı qərarları uğurlu addımdır". Report