USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ford 12 min nəfəri işdən çıxaracaq

27.06.2019 İqtisadiyyat
0 0
Ford Motor Co. Avropa əməliyyatlarındakı işçi qüvvəsinin 20%-ni işdən çıxaracaq.
"Kommersant.az" xəbər verir ki, Şirkət tərəfindən açıqlanan yenidənqurma planına görə, avtomobil istehsalçısı, 2020-ci ilin sonuna qədər istehsal sahəsini bu ilin əvvəlindəki 24-dən 18-ə azaldacaq. Ford tərəfindən Cümə günü verilən məlumata görə, sözügedən ixtisardan ən çox təsirlənəcək ölkələr Almaniya, İngiltərə və Rusiya olacaq. Ford Motors-un İcraçı direktoru Stuart Rowley etdiyi açıqlamada "İşçilər ilə yolları ayırmaq və zavod bağlamaq verdiyimiz ən çətin qərarlardır",- deyib. Marja.az