USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Gürcüstanda yeni qaz xətləri alıb

25.07.2019 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəməsi “SOCAR Georgia Gas” şirkəti ölkədə yeni qaz xətləri əldə edib.

"Kommersant.az" xəbər verir ki, Gürcüstan hökumətinin qərarı ilə qaz xətləri şirkətə 24 mln. 177 326 lari (8,3 mln. dollar) məbləğində satılıb.

"SOCAR Georgia Gas" şirkətinin aldığı 94 qaz xətti bütün Gürcüstanı əhatə edir. Ən çox qaz xətləri isə Zestafoni, Kaspi və Lançxuti rayonlarının payına düşüb.

Sövdələşməyə əsasən, "SOCAR Georgia Gas" aldığı daşınmaz əmlakın dəyərini 18 il müddətində tam ödəməlidir.