USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aqrar sahədə proqnozlaşdırma modeli Aİ təcrübəsinə uyğun təkmilləşdirilir

31.05.2018 İqtisadiyyat
0 0
Bu gün Bakıda "Faktlara əsaslanan kənd təsərrüfatı siyasətinin formalaşdırılması prosesinə modernləşdirilmə vasitəsilə dəstəyin göstərilməsi" mövzusunda seminar keçirilib.

"Kommersant.Az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri və aqro-analitika üzrə kuratoru İlham Bayramov seminarın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O, Elektron Kənd Təsərrüfatı sistemində mövcud texnikaların 70-80%-i, eləcə də 300 minə yaxın fermer barəsində məlumat olduğunu da qeyd edib.

Daha sonra çıxış edən nazirliyin strateji təhlil və planlaşdırma şöbəsinin müdiri Firdovsi Fikrətzadə bildirib ki, hazırda aqrar sahədə qarşıya qoyulan mühüm vəzifələrdən biri də qabaqcıl təcrübədən istifadə istifadə edilməsidir: "Bu gün FAO ilə keçirdiyimiz seminarda Avropa Komissiyasının istifadə olunan proqnozlaşdırma modellərinin təqdimatı keçirilir. İyunda daha bir neçə modelə dair təqdimat keçiriləcək. Təqdim edilən proqnozlaşdırma modellərindən Azərbaycana uyğun olanı seçəcəyik. Bununla da, kənd təsərrüfatı sahəsində proqnozlaşdırma modeli Avropa İttifaqı ölkələrində tətbiq edilən modelə uyğunlaşdırılacaq".

Onun sözlərinə görə, nazirliyin mövcud analitik bazası köklü dəyişikliklərə imkan verir: "Proqnozlaşdırma modelinin mahiyyəti ondan ibarətdir ki, uzunmüddətli inkişaf məqsədləri əsasında kənd təsərrüfatının bütün sahələrində təhlil və proqnozlaşdırma olsun".

  • Əvvəlki

    Metyu Brayza: "Cənub Qaz Dəhlizi Azərbaycanın rəqabət gücünü artıracaq"

Digər xəbərlər