Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,8% artıb

20.08.2019 İqtisadiyyat
Cari ilin 7 ayı ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,8% artaraq 4892,5 milyon manat olub.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3599,2 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6%-ni təşkil edib.

Hesabat dövründə xidmət subyektlərində hər bir ölkə sakini orta hesabla 495,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.