USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir bölgədə qaz sayğaclarının dəyişdirilməsinə başlanıb

26.08.2019 İqtisadiyyat
0 0
“Azəriqaz” İstehsalat Birliyinin Gəncə və Ağsu Regional qaz istismar İdarələri (RQİİ) ilə yanaşı, Salyan Regional qaz istismar İdarəsinə daxil olan rayon və kəndlərdə də qaz sayğaclarının kütləvi olaraq yeniləri ilə əvəz olunmasına başlanılıb.

"Kommersant.az" "Azəriqaz"ın məlumatına istinadən xəbər verir ki, istehlakçıların ünvanlarında uzun müddət istismarda olan və istismar müddəti başa çatmış Gəncə RQİİ üzrə 62 785, Ağsu RQİİ üzrə 52 413, Salyan RQİİ üzrə isə 51 443 ədəd məişət təyinatlı mexaniki və köhnə nəsil smart-kart tipli qaz sayğacları dəyişdiriləcək.

Qaz sayğaclarının kütləvi olaraq əvəz edilməsi işləri ilə əlaqədar ötən həftə Gəncə RQİİ-yə 1 895 ədəd, Ağsu RQİİ-yə 960 ədəd və Salyan RQİİ-yə isə 1 586 ədəd yeni nəsil "İtron Gallus" Pay G-4 NGPP markalı qaz sayğacları göndərilib.

  • Əvvəlki

    Dünya üzrə sərnişin təyyarələrinin tədarükü iyulda 24% enib

Digər xəbərlər