Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi narkoz , narkotik və psixotrop dərman preparatlarının alınmasına dair müqavilə imzalayıb.
"Kommersant.az" xəbər verir ki, ümumi məbləği 7 970,6 min manat (4 milyon 688 min ABŞ dolları) olan bu dərmanların tədarükü Səhiyyə Nazirliyinin nəzdindəki başqa bir şirkət - "Azərtibbtəchizat" MMC tərəfindən həyata keçiriləcək.