Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ildə Almaniyada borc əyləci qaydasına edilən islahatların tədricən iqtisadi bərpaya dəstək verəcəyi gözlənilir.
BVF-nin İcra Şurası Almaniya üçün 4-cü maddə üzrə məsləhətləşmələrini başa çatdırıb.
Fondun bəyanatında qeyd olunur ki, Almaniya iqtisadiyyatı son illərdə əhəmiyyətli şoklar ilə üzləşib və bu mənfi təsirlər zəif əsas məhsuldarlıq artımı ilə daha da güclənib.
Bəyanatda 2022-ci ilin ortalarında enerji qiymət şoku və inflyasiyanı idarə etmək üçün tətbiq edilən sürətli pul siyasətinin sərtləşdirilməsinin 2023-2024-cü illərdə mənfi artıma səbəb olduğu bildirilir. İqtisadiyyat 2024-cü ilin sonlarında bərpa mərhələsinə qədəm qoysa da, bərpa tempi ticarətdə yeni maneələrlə məhdudlaşıb.
Bəyanatda əlavə olaraq izah edilib ki, son illərdəki zəif artım qismən uzun müddətdir dayandırılmış struktur islahatları və ixrac bazarlarında artan rəqabət səbəbindən əsas məhsuldarlıq artımının qeyri-kafiliyini əks etdirir. Bu yavaş iqtisadi artım əmək bazarının zəifləməsinə, işsizliyin artmasına və yarımştat məşğulluğun artmasına səbəb olub, inflyasiya isə aşağı enerji qiymətləri və zəif daxili tələbatın dəstəyi ilə nəzarət altında saxlanılıb.
BVF-nin bəyanatında deyilir: "Hakimiyyət orqanlarının 2025-ci ildə tətbiq etməsi gözlənilən borc əyləci qaydasının tarixi islahatının tədricən iqtisadi bərpaya dəstək verəcəyi gözlənilir".