USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan bu il daha çox neft ixrac edir, daha az qazanır

18.09.2019 İqtisadiyyat
0 0
Azərbaycanın ixracında əsas pay sahibi (77,36%, 1 sentyabr 2019) olan xam neftin cari ilin yanvar-avqust ayları ərzində miqdarı 21,453 mln. tona yaxın olub.

"Kommersant.az" bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasına istinadən xəbər verir.

Yanvar-avqust ayları ərzində ixrac edilən xam neftin ümumi dəyəri 10 milyard 458,786 milyon ABŞ dolları təşkil edib.

Bildirək ki, 2018-ci ilin eyni dövründə DGK-nin rəsmi rəqəmlərinə əsaslansaq 19,935 mln. tonluq xam neft ixrac edən Azərbaycan 10 milyard 493,53 milyon ABŞ dolları qazanmağa nail ola bilmişdi.

Burdan belə nəticəyə gəlmək olar ki, 2018-ci ilin yanvar-avqust ayları ərzində ixrac etdiyimiz xam neftinin 1 tonunu 526 dollara satdığımız halda, cari ilin eyni dövründə 488 dollara (~7% ucuz) satmalı oluruq.

Bloomberg-in Brent neftinin dəyəri üzrə dəyişmə aralığına baxdıqda ötən ilin eyni dövrü ərzində minimal qiymət yalnız yanvar aylarında 62 dollar/barel maksimum hədd isə iyul aylarında hətta 80 dollar/barelə qədər müşahidə edilmişdi.

Cari ilin eyni dövründə isə bu göstəricilər 52-72 dollar/barel aralığında dəyişib.