USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ARDNF-a indiyədək 155 mlrd. dollara yaxın vəsait daxil olub

18.09.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) indiyədək (bu ilin iyun ayının 30-na olan göstərici) 154,6 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə YAP-ın icra katibliyində "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda keçirilən dəyirmi masa zamanı ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.

Onun sözlərinə görə, ARDNF-a daxil olan 148,3 mlrd. dollar neft-qaz layihələrinin həyata keçirilməsindən əldə edilən vəsaitdir.

"Qalan 6,3 mlrd. dollar Fondda toplanan vəsaitlərin idarə edilməsindən daxil olan vəsaitdir", - deyə İ. Məmmədov əlavə edib.

Neft Fondunun rəsmisi onu da bildirib ki, ötən dövr ARDNF-in dövlətdaxili xərcləri 112 mlrd. dollara yaxın olub və bunun da 95,5 mlrd. dolları dövlət büdcəsinə edilən transferlərin payına düşüb. (APA)