USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məktəbli formasında olan uşaqdan gediş haqqı alınmasın - TƏKLİF

18.09.2019 İqtisadiyyat
0 0
"Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib".

"Kommersant.az" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa ictimai nəqliyyatda məktəblilərdən gedişhaqqı tələb olunması ilə bağlı hadisəyə münasibət bildirərkən deyib. Deputat bildirib ki, "BakuBus" sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib:

"Doğrudur hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığa görə məktəbə gedə bilməyib. Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir".

Millət vəkili Fazil Mustafa

Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. BNA və Metropoliten həftə içi günlərdə məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?​

  • Əvvəlki

    Deputatların pensiyası artırılacaq

Digər xəbərlər