USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonlarda gün ərzində qaz olmayacaq - SƏBƏB

16.10.2019 İqtisadiyyat
0 0
Oktyabrın 16-da saat 09:00-dan “Qaz İxrac” İdarəsi “Sulutəpə” Qaz Paylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.

Bu barədə "Kommersant.az"a Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocəsən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq. Bundan başqa 10:00-dan işlər başa çatanadək Samux şəhərini və rayonun Kolayir, Sərkar və Füzuli kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətti üzərində siyirtmənin əvəzlənməsinə görə adları çəkilən ərazilərdə qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.

Qeyd edək ki, Oktyabrın 16-da saat 10:00-dan planlaşdırılan diametri 530 mm olan "Digah-Bilgəh" orta təzyiqli qaz xəttinin bir hissəsinin diametri 500 mm olan polietilen kəmərlə əvəz olunması işləri texniki səbəblərdən təxirə salınıb. Ona görə də Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci Sovxoz yaşayış massivində qaz təchizatında hər hansı dayandırma olmayacaq.

  • Əvvəlki

    Bakı-Gəncə qatarı ziyanla işləyir? - Baha qiymət, ucuz xidmət

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0