USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan 13 milyard dollarlıq neft məhsulları ixrac edib

15.11.2019 İqtisadiyyat
0 0
Yanvar-oktyabr aylarında Azərbaycandan 26 milyon 858 min 68 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. On ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 12 milyard 965 milyon 270 min ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 24 milyon 195 min 372 ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 12 milyard 932 milyon 328 min dollar təşkil etmişdi. /Azərtac