Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat əmələ gəlib

19.11.2019 İqtisadiyyat
Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun, təqribən, 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) "Finans.az"a verilən məlumata görə, həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.

Qeyd edək ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeydə alınmayıb.

Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur.

Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.

yol
  • Əvvəlki

    Azərbaycanda yeni sənaye məhəllələri açılacaq

Digər xəbərlər

12.08.2022 İqtisadiyyat
Qazın qiyməti niyə bahalaşdı?
0 0
12.08.2022 İqtisadiyyat
Rayonlarda un qıtlığına səbəb nədir?
0 0
11.08.2022 İqtisadiyyat
Yeni xüsusi təyinatlılar and içdi
1 0